Azərbaycan milli komandasının futbolçusu Xəyal Əliyevin zədəsinin ciddi olduğu ehtimal edilir.
Sportal.az xəbər verir ki, Avstriya toplanışı çərçivəsində Maltaya qarşı(0:2) keçirilmiş yoxlama görüşündə zədələnən Əliyev bu gün MRT müayinəsindən keçəcək.
Bundan sonra isə onun durumu daha da dəqiqləşəcək.
Amma Əliyevin əzələsində yırtıq olduğu aşkarlanıb və belədə, ən azı iki ay müddətinə meydandan kənar qalma riskinin yüksək olduğu bildirilir.
Onun iki gündən sonra millimizin San Marinoya qarşı keçirəcəyi matçda meydanda olmayacağı dəqiqdir.
