"Liverpul"un vingeri Federiko Kyeza bu yay Mersisayd klubundan ayrılacaq Məhəmməd Salah haqqında danışıb.
Sportal.az xəbər verir ki, “La Gazzetta dello Sport”a açıqlama verən italiyalı futbolçu əvvəllər "Fiorentina" və "Roma"da oynamış Salahın İtaliyanı tez-tez yada saldığını söyləyib:
"Onun "Liverpul"dakı son günlərini unutmayacam. Salah əfsanə olsa da vida mərasimində çox emosional idi. Hər kəsi düşünmüşdü, komanda yoldaşı olduğumuz üçün bizə təşəkkür etdi. Mənə gözəl, öz imzası olan forma hədiyyə etdi. O, çox gözəl ürəyə sahibdir. Mehribandır və hələ də İtaliyaya bağlıdır. Hətta tez-tez Florensiya və Roma haqqında danışırdı".
Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da oynayıb. Bu müddət ərzində o, klub üçün 442 matçda 257 qol vurub və 123 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
