İngiltərə millisinin heyətində dəyişiklik edildi - DÇ-2026

17:51 - 16 İyun 2026

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Nyukasl"ın müdafiəçisi Tino Livramento zədələnib. Bu barədə İngiltərə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

23 yaşlı sağ cinah müdafiəçisi millinin heyətindən kənarlaşdırılıb. Onun əvəzinə "Çelsi"də çıxış edən Trevo Çaloba heyətə daxil edilib.

Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-nın final mərhələsinin L qrupunda Xorvatiya, Panama və Qana ilə mübarizə aparacaq.

Xəbər xətti