"Qarabağ" növbəti transferini həyata keçirməyə yaxındır.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi "Portimonense"də çıxış edən Samuel Lobatonu transfer etməyə hazırlaşır.
Azərbaycan klubu Portuqaliya U-17 millisinin sabiq üzvü ilə danışıqlar aparıb və müsbət nəticə əldə edib. 24 yaşlı yarımmüdafiəçi "Qarabağ"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Samuel Lobato 2025-ci ilin yayından "Portimonense"də çıxış edir. O, 2025/26 mövsümündə Portuqaliya II Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
