Daha öncə qeyd etdiyimiz kimi, Kevin Medina “Qarabağ”dan ayrılıb.
Sportal.az xəbər verir ki, kolimbiyalı futbolçu sosial media hesabında paylaşım edərək Ağdam təmsilçisi ilə vidalaşıb.
Paylaşımında belə qeyd edilib:
"Bu gün həm həyatımda, həm də karyeramda dərin izlər buraxan klubla vidalaşıram. “Qarabağ”a ilk addım atdığım andan etibarən məni səmimiyyətlə qarşılayan peşəkar ailə, yaxın dostlara çevrilən komanda yoldaşları və hər zaman yanımızda olan azarkeşlər qazandım. Bu formanı geyinmək və bu loqonu təmsil etmək mənim üçün böyük bir şərəf və məsuliyyət idi. Meydana çıxdığım hər oyunda maksimum hörmət və fədakarlıqla mübarizə aparmağa çalışdım".
saytlarin hazirlanmasi
