"Qarabağ"ın yeni transferi Zakaria Savo Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "VSG Tirol"la keçirilən matçdan (0:4) sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, bu matçda het-trikə imza atan Savo klubun mətbuat xidmətinə bunları qeyd edib:
"Özümü yaxşı hiss edirəm. Yaxşı oyun oynadığımızı düşünürəm. Bir qədər yavaş başlasaq da, ikinci hissədə yaxşı oynadıq. Vurduğum qollar üçün çox xoşbəxtəm".
- Yeni mövsümə hazırlıqlar necə gedir?
- Bakıda hazırlığımıza yaxşı başladıq. Yeni komanda yoldaşlarımla burada olmaq gözəl hissdir. Məncə hər şey çox yaxşıdır".
- Azarkeşlərə nə demək istəyərdiniz?
- Avrokuboklara haqq qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bütün azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbirsizlənirəm".
saytlarin hazirlanmasi
