İran millisi DÇ-2026 ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, buna səbəb J qrupunda Əlcəzair - Avstriya matçında 3:3 hesabının qeydə alınmasıdır.
Belə ki bu görüşdə Əlcəzair qalib gəlsəydi, İran yığması 1/16 finala vəsiqə qazanacaqdı. Lakin Avstriya yığmasının 90+6-cı dəqiqədə vurduğu qol onları pley-offa aparıb.
İran isə ən yaxşı üçüncülər sırasında ola bilmədiyi üçün mundialdakı çıxışını dayandırıb.
Əlcəzair - Avstriya 3:3
Qollar: Belqali, 45, Mahrez, 60, Mahrez, 90+3 - Arnautoviç, 28, Sabitzer, 55, Kaladzic, 90+6
