"Kəpəz" transfer çalışmalarını davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi hazırda yerli futbolçularla danışıq aparır.
Premyer Liqa klubu ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş Coşqun Diniyev və Bəxtiyar Həsənalızadəni heyətinə qatmaq üçün çalışır.
Komandanın yeni baş məşqçisi Azər Məmmədov da yığma komandamızın sabiq üzvlərini sərəncamında görmək istəyir.
Transferin reallaşıb-reallaşmayacağı yaxın günlərdə dəqiqləşəcək.
