"Napoli" Türkiyə klubundan 10 milyon avro tələb edir

18:16 - 2 İyul 2026

"Napoli"nin hücumçusu Romelu Lukaku karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" belçikalı forvardı transfer etmək istəyir. Bu barədə "Sport Mediaset" məlumat yayıb.

İtaliya klubu Lukakunu satmağın əleyhinə deyil. Onlar 33 yaşlı futbolçu üçün 10 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Napoli" Romelu Lukakunu 2024-cü ilin yayında "Çelsi"dən 30 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti