İtaliya klubu braziliyalı müdafiəçi transfer etdi

18:37 - 2 İyul 2026

İtaliyanın "Komo" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasında mübarizə aparacaq kollektiv "Kruzeyro"dan Kayki Bruno da Silvanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klublar arasındakı anlaşmada məcburi satınalma bəndi də yer alıb.

Qeyd edək ki, Kayki Bruno da Silva "Kruzeyro"nun yetirməsidir. 23 yaşlı braziliyalı sol cinah müdafiəçisi cari mövsümdə komandasının heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti