UEFA turnirlərində qaydalara bəzi dəyişikliklər ediləcək - futbolçunun ağzını əli ilə örtməsi...

23:03 - 2 İyul 2026

UEFA-nın bayrağı altında keçirilən turnirlərdə futbolçular münaqişəli vəziyyətdə rəqibə müraciət edərkən ağzını əli ilə örtdüyünə görə meydandan qovulmayacaq.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, UEFA bu qərarı cümə axşamı üzv assosiasiyalarına çatdırıb.

Beləliklə, IFAB-ın bu ilin aprelində qəbul etdiyi yenilik UEFA turnirlərində, yəni UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, eləcə də Avropa çempionatı və Millətlər Liqasında məcburi qaydada tətbiq olunmayacaq.

Bildirilir ki, mübahisəli epizodlarda UEFA hakimlərə vəziyyəti öz mülahizələrinə əsasən dəyərləndirməyi tövsiyə edir. Əgər futbolçunun dediklərini gizlətmək cəhdi qeyri-idman davranışı kimi qiymətləndirilərsə, ona sarı vərəqə göstərilməlidir.

Bundan başqa, UEFA VAR-ın səlahiyyətlərini də genişləndirib. Artıq videoassistent səhvən təyin olunmuş künc zərbələrini də yoxlaya biləcək. Əgər qərarın yanlış olduğu təsdiqlənsə, həmin epizodda qapıdan zərbə təyin olunacaq.

Xəbər xətti