Basketbol üzrə kişilərdən ibarət milli komandamız, 2029-cu ildə baş tutacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununda səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.
Bu qələbə millimizin qrupda ikinci qələbəsi olub. Millimiz qrupda sonuncu oyununu 5 iyul saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.
saytlarin hazirlanmasi
