Fransa millisinin müdafiəçisi "Beşiktaş"da - RƏSMİ

10:41 - 3 İyul 2026

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Monako"dan Kassum Uattaranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" fransalı futbolçu üçün onun klubuna 8 milyon avro təzminat ödəyib. 21 yaşlı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Kassum Uattara 2023-cü ilin noyabrından "Monako"da çıxış edirdi. Fransa U-21 millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti