La Liqadan Premyer Liqaya 30 milyon avroluq transfer

10:58 - 3 İyul 2026

"Elçe"nin hücumçusu Alvaro Rodriqes karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bornmut" uruqvaylı forvardın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu Rodriqes üçün 25+5 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu "Bornmut"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Elçe" Alvaro Rodriqesi 2025-ci ilin yayında "Real"dan 2 milyon avroya transfer edib. Gənc hücumçu 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti