Mbappe Messiyə çatdı

21:56 - 12 İyul 2026

Lionel Messi DÇ-2026-nın 1/4 final mərhələsindən sonra turnirin bombardirlər siyahısında təkbaşına liderliyini itirib.

Sportal.az xəbər verir ki, Argentina millisinin hücumçusu 1/4 finalda İsveçrə millisi ilə keçirilən və əlavə vaxtda 3:1 hesabı ilə başa çatan oyunda qol vura bilməyib.

Kilian Mbappe isə Mərakeş yığması üzərində 2:0 hesablı qələbə ilə başa çatan görüşdə fərqlənərək turnirdəki qol sayını 8-ə çatdırıb və Messi ilə eyni göstəriciyə sahib olub.

Messi bundan əvvəl Əlcəzairə qarşı qrup mərhələsinin ilk turunda het-trik etdiyi (3:0) oyundan başlayaraq mundialın hər mərhələsindən sonra bombardirlər siyahısına təkbaşına başçılıq edirdi.

DÇ-2026-nın yarımfinalında Argentina millisi İngiltərə ilə, Fransa isə İspaniya ilə qarşılaşacaq.

Xəbər xətti