Sabiq futbolçu Uruqvay millisinə baş məşqçi təyin olundu

00:02 - 13 İyul 2026

Dieqo Forlan Uruqvay millisinin yeni baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, sabiq "Atletiko" (Madrid) və "Mançester Yunayted" hücumçusu milli komandaya ən azı 2027-ci ilin mart ayına qədər rəhbərlik edəcək. O, eyni zamanda Uruqvayın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi vəzifəsini də davam etdirəcək.

Forlan bu postda DÇ-2026-dan sonra komandadan ayrılan Marselo Bielsanı əvəz edib. Futbolçu karyerası ərzində Forlan Urugvay yığmasının heyətində 112 oyun keçirib, 36 qol vurub və DÇ-2010-da turnirin ən yaxşı futbolçusu seçilib.

47 yaşlı mütəxəssis məşqçi kimi isə "Penarol" və "Atletikoo Atenas" komandalarında çalışıb.

Xəbər xətti