"Neftçi" Sloveniyada sonuncu matçına çıxır

10:35 - 13 İyul 2026

Bu gün "Neftçi" Sloveniyada təlim-məşq toplanışının dördüncü və sonuncu yoldaşlıq oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq.

Təlim-məşq toplanışı çərçivəsində "Neftçi" "ÇFR Kluj" (1:2), "Partizan" (0:1) və "Radniçki Niş" (3:0) klubları ilə qarşılaşıb.

19:30 "Neftçi" (Azərbaycan) - "Osiyek" (Xorvatiya)

 

Xəbər xətti