"Real" "Çelsi"nin təklifini rədd etdi

13:47 - 15 İyul 2026

“Çelsi” “Real”ın sol cinah müdafiəçisi Alvaro Karrerasın transferi üçün İspaniya klubuna 25 milyon avroluq ilkin təklif göndərib.

Sportal.az "Sport.es"ə istinadən xəbər verir ki, “kral klubu” həmin təklifi rədd edib. Madrid rəhbərliyi 23 yaşlı futbolçunu ən azı 50 milyon avro dəyərində qiymətləndirir.

"Zadəganlar"ın baş məşqçisi Xabi Alonso bu transferin təşəbbüskarıdır və ispaniyalı futbolçunun transferini yekunlaşdırmaq üçün danışıqların davam etdirilməsində israr edir.

Amma İspaniya nəhəngi bu transferə isti yanaşmır.

Ötən mövsüm Alvaro Karreras bütün turnirlərdə 40 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Xəbər xətti