"Fənərbaxça" ingilisi transferi etdi

14:17 - 15 İyul 2026

"Fənərbaxça" yeni transferini açıqlayıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"in forvardı Meyson Qrinvudla anlaşıb.

İngiltərəli üçün qarşı tərəfə 39 milyon avro ödənilib.

Bu məbləğin 12,4 milyon avrosu Qrinvudun yetirməsi olduğu “Mançester Yunayted”ə çatacaq. “Qırmızı şeytanlar” Qrinvudu 2024-cü ildə “Marsel”ə satarkən müqaviləyə gələcək satışdan müəyyən faiz əldə etməsinə imkan verən bənd daxil etmişdi.

Qrinvud ötən mövsüm "Marsel"in heyətində 45 matçda 26 qol vurub və 11 məhsuldar asist edib.

Xəbər xətti