"Yuventus"un hücumçusu Paris klubunun hədəfində

16:10 - 15 İyul 2026

Fransanın "Paris" klubu cari transfer pəncərəsi dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, paytaxt klubunun əsas hədəfi "Yuventus"da çıxış edən Conatan Deviddir. Bu barədə ​"Tuttosport" nəşri məlumat yayıb.

Paris klubunun rəhbərliyi 26 yaşlı forvardı heyətinə qatmaq üçün ciddi məbləğ ödəməyə hazırdır. Transferin təxmini dəyəri 30 milyon avro civarında qiymətləndirilir.

​Kanadalı hücumçu ötən mövsüm A Seriyasında keçirdiyi 35 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Xəbər xətti