"Neftçi"nin açıq məşqi olacaq

16:59 - 15 İyul 2026

“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.

Sportal.az xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.

Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən klubun “Palms Sports Arena”da yerləşən rəsmi mağazası da qapılarını qonaqlar üçün açacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

Məşqdən əvvəl “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.

Xəbər xətti