"Fənərbaxça" braziliyalı hücumçu transfer etmək istəyir

17:59 - 15 İyul 2026

"Arsenal"ın hücumçusu Qabriel Jezus karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Team Talk" məlumat yayıb.

İstanbul nəhəngi Jezusu icarəyə götürmək istəyir. İngiltərə klubu isə 29 yaşlı forvardı 20 milyon avro qarşılığında satmaq fikrindədir.

Qeyd edək ki, "Arsenal" Qabriel Jezusu 2022-ci ilin yayında "Mançester Siti"dən 52 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti