Belçika klubu "Borussiya"dan 35 milyon avro tələb edir

18:27 - 15 İyul 2026

"Borussiya" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi "Brügge"də çıxış edən Nikolo Tresoldini transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Belçika klubu almaniyalı forvard üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, "Brügge" Nikolo Tresoldini 2025-ci ilin yayında "Hannover"dən transfer edib. 21 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 58 rəsmi matçda 23 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti