Azərbaycan millisinin üzvü 37 gün sonra Albaniyaya yollandı - qadağa aradan qaldırıldı

18:40 - 15 İyul 2026

Azərbaycan millisinin üzvü Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubuna qoşulmaq üçün Bakıdan ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə Teleqraf-a 25 yaşlı futbolçu özü məlumat verib.

Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb.

Z. Əliyev ötən gecə saat 04:45-də Bakıdan İstanbula uçub. Hazırda Türkiyədə olan müdafiəçi bu gün Albaniyanın Rroqojine şəhərinə yollanacaq.

Qeyd edək ki, Z. Əliyev iyunun 8-də Albaniyaya getmək istəsə də, hava limanında ölkədən çıxışına icazə verilmədiyi üçün geri qaytarılmışdı. Bu səbəbdən onun adı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üçün “Eqnatiya”nın iştirak ərizəsinə daxil edilməmişdi.

Xəbər xətti