Ueyn Runi hesab edir ki, Cud Bellinqem DÇ-2026-nın ən yaxşı oyunçusudur.
Sportal.az xəbər verir ki, sabiq ingiltərəli futbolçu öz açıqlamasında maraqlı fikirlər səsləndirib:
“Dünyanın ən yaxşı futbolçusu deyəndə ağla ilk olaraq Kilian Mbappe və ya Erlinq Haaland gəlir. Bəlkə də Cud bu mövsüm "Real"da onların səviyyəsinə çatmayıb. Amma mənim üçün bu turnirin ən yaxşı oyunçusu məhz odur.
Cudun oyunu enerji, ehtiras, qələbə istəyi və əzmkarlıq üzərində qurulub. Məhz buna görə də mükafatlar qazanır. Bu keyfiyyətlər çox nadir hallarda rast gəlinir. Bir çox ulduz futbolçu əsasən istedadına və texnikasına güvənir. Cud isə böyük qələbə aclığına malikdir. Ən yüksək səviyyədə çıxış edən və eyni zamanda meydanda sonadək mübarizə aparan futbolçunu izləmək çox xoşdur.
Azarkeşlər, xüsusilə də ingilis azarkeşləri məhz bunu görmək istəyirlər. Onlar meydanda qaçan, komanda üçün çalışan və sinəsindəki gerbi sonadək qoruyan futbolçular istəyirlər. O, mənə özümü xatırladır. Bir an düşünürsən: “Bu oğlan dahidir”, növbəti an isə deyirsən: “Sadəcə sürüşərək kobud müdaxilə etmə, qırmızı vərəqə alma”. Mən də eyni cür idim. Amma Cud ən böyük turnirdə öz səviyyəsini sübut etdi. Əvvəllər ona şübhə ilə yanaşanlar var idi, indi isə onların hamısını susdurdu”.
saytlarin hazirlanmasi
