İngiltərə - Argentina matçında antirekord - ilk 30 dəqiqədə...

23:46 - 15 İyul 2026

İngiltərə - Argentina qarşılaşması dünya çempionatları tarixində (1966-cı ildən etibarən bu statistika aparılır) ilk matç olub ki, ilk 30 dəqiqə ərzində qapıya bir dənə də olsun zərbə vurulmayıb.

Sportal.az xəbər verir ki, DÇ-2026-nın yarımfinal oyunu Atlantada keçirilir və ilk hissədə hesab 0:0 olub.

Maraqlıdır ki, əvvəlki antirekord da İngiltərəyə məxsus idi. Komandanın 1/4 finalda Norveçə qarşı oyununda ilk zərbə yalnız 29-cu dəqiqədə vurulmuşdu.

Qeyd edək ki, matçın ilk zərbəsi isə yalnız 33-cü dəqiqədə qeydə alınıb ki, bu da dünya çempionatları tarixində ən gec vurulan ilk zərbə rekordu kimi rəsmiləşib.

Xəbər xətti