Millimiz İngiltərə yığmasına qalib gəldi

11:35 - 16 İyul 2026

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.

Sportal.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.

Xəbər xətti