"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində - YENİLƏNİB

21:50 - 16 İyul 2026

UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün təmsilçimiz "Zirə" Gürcüstanda meydana çıxıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Kutaisi "Torpedo"sunun qonağı olub. Qarşılaşma "qartallar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı ilk matç "Zirə"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə 6:0 hesablı qələbə qazanan Azərbaycan klubu növbəti mərhələyə adını yazdırıb.

UEFA Konfrans Liqası
16 iyul

20:00. "Torpedo" (Gürcüstan) - "Zirə" (Azərbaycan) 0:3
Qollar:
Eren Aydın, 25, 70, Amin Seydiyev, 39

Xəbər xətti