Messi iki tarixi rekorda imza atdı

14:53 - 16 İyul 2026

Argentina millisinin DÇ-2026-nın finalına yüksəlməsindən sonra Lionel Messi dünya futbolu tarixini yenidən yazmağa davam edir.

Sportal.az xəbər verir ki, ​39 yaşlı hücumçu mundialın finalına üç dəfə yüksəlməyi bacaran tarixdəki altıncı futbolçu olub. Bundan əvvəl belə bir nailiyyəti Pele, Kafu, Ronaldo, Pyer Littbarski və Lotar Matteus əldə etmişdilər.

​Bundan başqa, Messi 1970-ci ildən bəri bir dünya çempionatında 12 məhsuldar hərəkətə imza atan ilk oyunçu olub. Argentina millisinin kapitanı ABŞ, Kanada və Meksikada keçirilən turnirdə aktivinə 10 qol və 2 məhsuldar ötürmə yazdırıb.

​Sonuncu dəfə belə bir məhsuldarlığı 1970-ci il mundialında 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Almaniya millisinin əfsanəvi hücumçusu Gerd Müller nümayiş etdirmişdi.

Xəbər xətti