"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Tsxadadze

22:45 - 19 İyul 2026

Yay təlim-məşq toplanışı çərçivəsində səfərdə "Sumqayıt"la qarşılaşan "Qəbələ" 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma və komandanın hazırlıq durumu barədə fikirlərini bölüşüb:

“Hazırlığımız plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdur. Təlim-məşq toplanışının birinci mərhələsini bu gün başa vurduq. Bu günkü oyunda gördük ki, sürət bir qədər aşağıdır. Yavaş-yavaş bunun üzərində işləməliyik. Futbolçuların yanaşmasından razıyam. Ötən mövsüm ilk dəfə Premyer Liqada çıxış edən yerli futbolçular xeyli artırıblar. Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işləri davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar aparırıq”.

Xəbər xətti