"Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "KuPS" önünə çıxıb.
Finlandiya klubuna qarşı görüşdə Azərbaycan çempionu 1:0 qalib gəlib.
Komandalar arasında cavab matçı isə iyulun 28-də Finlandiyada baş tutacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
"Sabah" - "KuPS" (Finlandiya) 1:0
Qol: Simiç 45+1
“Bank Respublika Arena”
