Ermənistan idmançıları Bakıya gələcək

21:22 - 21 İyul 2026

Ermənistan Güləş Federasiyası rəsmi olaraq komandalarının 27 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək Yeniyetmələr (U-17) Dünya Çempionatında iştirakını təsdiqləyib.

Sportal.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanı sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcək. Yunan-Roma və klassik üslublarda 10, sərbəst üslub kateqoriyasında isə 6 güləşçi mübarizə aparacaq.

Bir müddət əvvəl isə Ermənistan güləşçilərinin Bakıda keçiriləcək qarşıdan gələn Dünya Çempionatında iştirak etməyəcəkləri iddia olunurdu.

Xəbər xətti