Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir, "Vest Hem"dən Krisensio Sammervill transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər niderlandlı vinger üçün İngiltərə klubuna 64 milyon avro təzminat ödəyiblər. 24 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Krisensio Sammervill 2025/26 mövsümündə "Vest Hem"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
