Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün yenilənmiş reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yüksək pillədə Şəhriyar Məmmədyarov yer alıb. 41 yaşlı idmançı ötən ayla müqaviləsə bir pillə irəliləyib. 2723 xalı olan qrossmeyster 22-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov 38-ci yerdədır. Onun aktivində 2689 xal var. 10 pillə irəliləyən Aydın Süleymanlı 47-ci yerdədir (2668).
Rauf Məmmədov hazırda 83-cü yerdədir (2639). O, mövqeyini bir pillə yaxşılaşdırıb. 20 pillə geriləyən Məhəmməd Muradlı isə 98-ci yerdədir (2630).
Qeyd edək ki, reytinq cədvəlinə norveçli Maqnus Karlsen başçılıq edir (2823). Fabiano Karuana (ABŞ) 2-ci (2792), Hikaru Nakamura (ABŞ) 3-cüdür (2792).
Qadınların reytinqində Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva 25-ci yerdədir (2440). Gövhər Beydullayeva 53-cü (2392), Xanım Balacayeva 81-ci (2356), Günay Məmmədzadə isə 89-cu (2351) sırada qərarlaşıb.
Qadınların reytinqində Çinli Hou Yifan (2596) yenə də liderlik edir. Onun həmyerliləri Lei Tingjie (2561) və Ju Wenjun (2553) müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.
saytlarin hazirlanmasi
