"Arsenal" millinin müdafiəçisi üçün 75 milyon avroluq təklif göndərəcək

17:41 - 1 Avqust 2026

"Aston Villa"nın müdafiəçisi Ezri Konsa Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sportsboom" məlumat yayıb.

London nəhəngi 28 yaşlı mərkəz müdafiəçisi üçün 75 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Aston Villa" Ezri Konsanı 2019-cu ilin yayında "Brentford"dan 13 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə Birmingem təmsilçisinin heyətində 48 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti