İngiltərənin "Bornmut" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Benfika"dan Antonio Silvanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bornmut" Silva üçün Portuqaliya klubuna 25 milyon avro təzminat ödəyib. 22 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Antonio Silva 2025/26 mövsümündə "Benfika"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
