"Çelsi" 35 yaşlı hücumçu transfer etdi

20:53 - 1 Avqust 2026

"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brayton"dan Denni Uelbeki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin sabiq üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Denni Uelbek 2020-ci ilin yayından "Brayton"da çıxış edirdi. 35 yaşlı forvard 2025/26 mövsümündə "qağayılar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti