"Qəbələ"də braziliyalı qapıçı - FOTO

13:30 - 2 Avqust 2026

"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən “Beroe”nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın “Fortaleza”, “Quarani” və “Sao Kaetano” komandalarının da formasını geyinib.

Xəbər xətti