Baş məşqçi Joze Mourinyo Vinisius Juniorun müqaviləsinin 2032-ci ilə qədər uzadılmasından danışıb.
Sportal.az xəbər verir ki, bu gün "Real" yoldaşlıq görüşündə “Ferentsvaroş”a 2:1 hesabı ilə qalib gəlib.
“Ən vacib məsələ Vinisiusun müqaviləsinin uzadılmasıdır. Həm onun, həm də hamımız üçün bu, böyük sevincdir. O və Bernardu çox az məşq ediblər. Onlar da bir neçə həftə əvvəl digər futbolçular kimi, artıq yorğun vəziyyətdə meydana çıxırlar və gördüyümüz işlərin yorğunluğunu ayaqlarında hiss edirlər.
Ona görə də bu gün Vinidən topu götürüb 50 metr irəliləyərək qol vurmasını gözləmirdim. Bu, bir prosesdir. Əminəm ki, çərşənbə günü o, bugünkündən daha yaxşı görünəcək, gələn bazar günü isə Gelzenkirxendə daha da yaxşı olacaq”, deyə Mourinyo qeyd edib.
saytlarin hazirlanmasi
