Millimizin müdafiəçisi "Turan Tovuz"da - RƏSMİ

17:41 - 9 Avqust 2026

"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Rahil Məmmədovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milli komandamızın üzvü ilə 1+1 illik müqavilə bağlanıb. 

Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.

Xəbər xətti