"Çelsi" Asiya klubu ilə bərabərə qaldı - VİDEO

19:48 - 9 Avqust 2026

"Çelsi" "Yohor Darul Tazim"lə yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Malayaziyadakı Sultan İbrahim stadionunda keçirilmiş matç 3:3 hesabı ilə başa çatıb.

"Zadəganlar"ın heyətində Liam Delap iki penaltini (43, 62) dəqiq yerinə yetirərək dubl edib. “Zadəganlar”ın digər qolunu isə oyunun sonlarına yaxın (89) meydan sahiblərinin müdafiəçisi Antonio Qlauder öz qapısına vurub.

Malayziya komandasının qollarına Arif Ayman (15), Oskar Arribas (65) və Berqson (87) imza atıblar.

Xəbər xətti