Argentina millisinin üzvü Almaniya klubunda

10:35 - 12 Avqust 2026

Argentina millisnin üzvü Fakundo Medinanın "Bayer"ə keçidi rəsmiləşib.

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu Leverkuzen təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Bu barədə klubunu mətbuat xidməti məlumat yayıb.

O, yeni komandasında 2 nömrəli forma geyinəcək.

Almanlar bu transferə görə "Marsel"ə 23 milyon avro ödəyib.

Medina "Talleres", "Lans" klublarında da oynayıb.

 

Xəbər xətti