“Dinamo”nun və Ukrayna milli komandasının keçmiş hücumçusu Artyom Milevski Konfrans Liqasının təsnifat mərhələsinin üçüncü turunun “Qarabağ” – “Dinamo” matçı haqda danışıb (ilk oyun 0-1 hesabı ilə məğlubiyyətlə nəticələnib).
Sportal.az xəbər verir ki, “sport.ua” portlaına danışan veteran ftubolçu Bakıdakı görüşün çətin alınacağına inandığını bildirib:
“İlk oyundan sonra "Dinamo"nun necə qalib gəlməsindən daha çox "Qarabağ"ın qol vura bilməməsi barədə düşünürdüm. "Dinamo" o qədər çox hədiyyə verdi ki, “Qarabağ”ın məğlubiyyətində yalnız özləri günahkardır. İkinci oyunun qalibi səhvlərini düzəltmək üçün daha çox çalışan tərəf olacaq. İnanmıram ki, "Dinamo" tez bir zamanda öyrənsin, hətta öyrənsələr belə, bu, çox uzun vaxt aparacaq. İlk oyundan sonra "Dinamo"nun o qədər də pis oynamadığını deyənlərlə razı deyiləm. Ümumilikdə komanda zəif oynayır.
Azərbaycanda çətin olacaq. "Qarabağ"ın oyuna uzun müddət diqtə etməyinin mənası yoxdur. Onların ilk dəqiqələrdən irəli atılacaq. "Dinamo"nun müdafiə xətti bərbad vəziyyətdədir və əgər onlar lap dərində müdafiə olunub, əvvəldən topu uzaqlaşdırmalı olsalar, nə baş verə biləcəyini təsəvvür etməkdən belə qorxuram.
Mənim ehtimalım belədir: "Qarabağ" qol vurur, "Dinamo" cavab verməyə məcbur olur, amma alınmayacaq. Əlavə vaxt və ya hətta penaltilər də mümkündür. Hansı komandanın irəliləyəcəyini təxmin etməyə belə çalışmazdım. Hər iki tərəfin də şansı var".
