"İnter"in yarımmüdafiəçisi Davide Frattezi A Seriyasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Latsio" italiyalı oyunçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Paytaxt klubu 26 yaşlı futbolçunu 15 milyon avroluq məcburi satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, Davide Frattezini 2023-cü ilin yayında "Sassuolo"dan transfer edib. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Milan təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
