İngiltərənin "Kristal Pelas" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Union Sen Jilluaz"dan Anan Xalaylini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Kristal Pelas" israilli yarımmüdafiəçi üçün Belçika klubuna 24 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Anan Xalayli 2025/26 mövsümündə "Union Sen Jilliuaz"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
