Kiyev "Dinamo"sunun futbolçusu Andrey Yarmolenkonun UEFA Konfrans Liqası III təsnifat mərhələsinin "Qarabağ"la səfər matçında iştirak etməməsinin səbəbi məlum olub.
Sportal.az xəbər verir ki, bu barədə “Ukrainski futbol” nəşrinin jurnalisti Andrey Piskun məlumat yayıb.
36 yaşlı vinger komanda ilə birlikdə stadiona getməyib. Yarmolenko oteldə qalıb. Təcrübəli oyunçunun baş məşqçi İqor Kostyukla münasibəti yaxşı deyil. Ukraynalı futbolçu start heyətində yer almadığı üçün oteldə qalmaq qərarı verib.
Qeyd edək ki, Bakıda "Dinamo"nu 2:0 hesabı ilə məğlub edən "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.
saytlarin hazirlanmasi
