"Barselona" Rodri transferini yekunlaşdırır

14:19 - 15 Avqust 2026

"Barselon"a Rodrinin transferi ilə bağlı "Mançester Siti" ilə danışıqların son mərhələsindədir.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Tərəflər danışıqlarda xeyli irəliləyiş əldə ediblər. Kataloniyalı klub razılaşmanı artıq yaxın saatlarda yekunlaşdırmağı hədəfləyir.

​Bonus ödənişləri də nəzərə alınmaqla razılaşmanın ümumi məbləği 70 milyon avronu keçəcək. "Barselona" ispaniyalı dayaq yarımmüdafiəçisinin yeni mövsümün startından əvvəl komandaya qoşulmağa vaxt tapması üçün keçidi qısa müddətdə rəsmiləşdirməyə çalışır.

Rodri özü artıq İspaniya çempionu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Anlaşma 4 il müddətinə nəzərdə tutulacaq.

​"Barselona" 30 yaşlı futbolçunu gələn həftə keçiriləcək ənənəvi "Xoan Qamper Kuboku" zamanı təqdim etmək istəyir. Klub yeni mövsüm üçün heyətin rəsmi təqdimatını məhz bu tədbir çərçivəsində planlaşdırır.

Xəbər xətti