"Mançester Siti"nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Əl-Qadisiyah" niderlandlı oyunçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu ərəblərin 28 yaşlı yarımmüdafiəçi üçün göndərdiyi 61 milyon avroluq təklifi qəbul edib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Ticani Reyndersi 2025-ci ilin yayında "Milan"dan 55 milyon avroya transfer edib. Niderland millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 60 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
