"Neftçi"nin baş məşqçisi Yuri Vernidub ölkəsinin "Futbol 24" nəşrinə açıqlama verib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis Bakı klubunun yarımmüdafiəçi Aleksey Hutsulyak və "Veres"in müdafiəçisi Kay Sipota mümkün marağı barədə yayılan məlumatlara münasibət bildirib.
Hazırda klubsuz olan Hutsulyakla bağlı şayiələr İqor Burbasın paylaşımından sonra sürətlə yayılıb. Keçmiş jurnalistin məlumatına görə, "Neftçi" ukraynalı futbolçu ilə əlaqə saxlayıb və ona ayda 50 min dollar təklif etməyə hazır olub. Eyni zamanda, Hutsulyakın 70 min dollar qazanmaq istədiyi bildirilib Maliyyə tələblərindəki fikir ayrılıqları səbəbindən danışıqlar müsbət nəticə olmadan başa çatıb.
Ukrayna Premyer Liqasının digər nümayəndəsi ilə bağlı da şayiələr səngiməyib. Burbas, "Neftçi"ni Vernidubun öz komandasında görmək istədiyi iddia edilən "Veres"in müdafiəçisi Kay Sipotla əlaqələndirib.
"Futbol 24" bu məlumatın həqiqətə nə dərəcədə uyğun olduğunu öyrənmək üçün birbaşa Yuri Verniduba müraciət edib. Lakin "Neftçi"nin baş məşqçisi belə danışıqlardan xəbərdar olmadığını bildirib:
"Məndə belə məlumat yoxdur, bu barədə ilk dəfə eşidirəm".
Xatırladaq ki, iyunun 30-da Hutsulyakın "Polissya" ilə müqaviləsinin müddəti başa çatıb və bundan sonra o, azad agent statusu qazanıb. 28 yaşlı futbolçu jJitomirliklərin heyətində çıxış etdiyi müddətdə 65 matçda meydana çıxıb, 21 qol vurub və 11 məhsuldar ötürmə edib.
Sipota gəlicə, o, apendisit əməliyyatı səbəbindən yeni mövsümün startını buraxıb, əvvəlki mövsüm isə 31 oyun keçirib və 3 qol vurub. Müdafiəçinin müqaviləsi 2028-ci ilin iyununda başa çatır.
saytlarin hazirlanmasi
