Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan”ın əsas komandasına baş məşqçi təyin edilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən Misli Premyer-Liqasının 2026/2027-ci il mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.
saytlarin hazirlanmasi
